BAKU Azərbaycan
°C

malların ixrac dəyəri azalmışdı. Amma bu ilin birinci rübünün nəticələri göstərir ki, ixracda yenidən artım baş verəcək. 
Gundem.az xəbər verir ki, ötən ilin birinci rübündə 154 milyon dollar dəyərində kənd təsərrüfatı malı ixrac edildiyi halda cari ilin eyni dövründə ixrac dəyəri 207 milyon dolları ötüb. Bu il aqrar malların ixracında 34,4 faiz artım baş verib. 
Aqrar malların ixracında artım bütün mal qrupları üzrə müşahidə edilib.
Ölkəmizdən ixrac edilən əsas kənd təsərrüfatı malları meyvə və tərəvəzdir. Bu il tərəvəz ixracının dəyəri 13 milyon dollardan çox artaraq 49,4 milyon dollara çatıb. 
Tərəvəzlərdən ən çox artım pomidorda qeydə alınıb. Pomidorun ixrac dəyəri 13,8 milyon dollar artaraq 45 milyon dollar olub. 
Meyvə ixracı təxminən 4 milyon dollar artıb və 83,2 milyon dollara çatıb. Meyvələrdən əsas artım xurmada qeydə alınıb. Bu məhsulun ixrac dəyəri 13 milyon dollar artmaqla 27,7 milyon dollar olub. 
Meyvə-tərəvəz ixracındakı artımla bərabər tütün, pambıq mahlıcı, gön-dəri və heyvandarlıq məhsullarının da ixracı artıb. Tütün ixracı 5 milyon dollardan çox artmaqla 7,4 milyon dollar, pambıq mahlıcı ixracı 25 milyon dollardan çox artmaqla 56,5 milyon dollar, heyvandarlıq məhsullarının ixracı 3,5 milyon dollar artmaqla 7,8 milyon dollar olub. (Sfera.az)

Son xəbərlər

Yusif Mustafayev məscid tikdirdi

Dövlət Departamentindən SÜLH AÇIQLAMASI

Sarımsağı bu qidalarla birlikdə yeməyin - TƏHLÜKƏLİDİR

Azərbaycanlı müğənni evində ölü tapıldı - FOTO/VİDEO

Ermənistanda “TikTok” məhdudlaşdırılır?

Ordumuz düşmən tankını belə məhv edib - ANBAAN VİDEO

Qazaxda minaya düşən hərbçinin GÖRÜNTÜLƏRİ YAYILDI - VİDEO

Pentaqondan kosmosla bağlı XƏBƏRDARLIQ

Cəlilabadda tütündən istifadə qaydalarını pozanlar CƏRİMƏLƏNDİLƏR

BMT Baş katibi İsrail və HƏMAS rəhbərliyinə çağırış edib

Magistraturaya qəbul imtahanının NƏTİCƏLƏRİ

Partlayışda xəsarət alan şəxs xəstəxanada ÖLDÜ

Almaniya təmsilçisinin futbolçusu gecə klubunda döyüldü

"O pulla özümə evimdən də bahalı maşın aldım"

Sumqayıtda zavod yanır

Azərbaycanlı general vəfat etdi - FOTO

Bakıda sənədsiz evlərin qiyməti ucuzlaşır? - AÇIQLAMA

Tokayev naziri vəzifəsindən AZAD ETDİ

Azərbaycan səfiri britaniyalı nazirlə görüşdü - FOTO

Cəlilabadda 42 nəfər cərimələndi

Bütün xəbərlər