BAKU Azərbaycan
°C

Bağanis-Ayrım hadisələrini törədən 18 erməni beynəlxalq axtarışdadır.

Bu barədə Hərbi Prokurorluqdan Azərtac-a bildirilib. Qeyd edilib ki, həmin hadisə ilə bağlı cinayətlər törətmələri sübuta yetirilmiş 18 şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103-cü (Soyqırım) və 107-ci (Əhalini deportasiya etmə və ya məcburi köçürmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmələrinə dair qərarlar qəbul olunub. Həmin şəxslərin axtarışları üçün sənədlər İnterpolun Azərbaycandakı Milli Bürosuna və Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinə göndərilib. Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Qeyd edək ki, Bağanıs Ayrım Qazaxın tarixinə ermənilər tərəfindən ilk işğal edilmiş və yandırılmış kənd kimi daxil olub. 1990-cı il martın 24-də qanunsuz erməni silahlı birləşmələri Ermənistan ərazisindən Qazax rayonunun Bağanis-Ayrım kəndinə hücum edərək üçü qadın, biri 39 günlük körpə olmaqla 10 nəfəri xüsusi amansızlıqla qətlə yetiriblər. 2 şəxsə bədən xəsarətləri yetirilib, 12 yaşayış evi yandırılıb, 438 nəfər kənd sakini yerlərindən didərgin salınıblar.

Bu gün Qazaxın 7 kəndi Ermənistanın işğalı altındadır.

Son xəbərlər

Yusif Mustafayev məscid tikdirdi

Dövlət Departamentindən SÜLH AÇIQLAMASI

Sarımsağı bu qidalarla birlikdə yeməyin - TƏHLÜKƏLİDİR

Azərbaycanlı müğənni evində ölü tapıldı - FOTO/VİDEO

Ermənistanda “TikTok” məhdudlaşdırılır?

Ordumuz düşmən tankını belə məhv edib - ANBAAN VİDEO

Qazaxda minaya düşən hərbçinin GÖRÜNTÜLƏRİ YAYILDI - VİDEO

Pentaqondan kosmosla bağlı XƏBƏRDARLIQ

Cəlilabadda tütündən istifadə qaydalarını pozanlar CƏRİMƏLƏNDİLƏR

BMT Baş katibi İsrail və HƏMAS rəhbərliyinə çağırış edib

Magistraturaya qəbul imtahanının NƏTİCƏLƏRİ

Partlayışda xəsarət alan şəxs xəstəxanada ÖLDÜ

Almaniya təmsilçisinin futbolçusu gecə klubunda döyüldü

"O pulla özümə evimdən də bahalı maşın aldım"

Sumqayıtda zavod yanır

Azərbaycanlı general vəfat etdi - FOTO

Bakıda sənədsiz evlərin qiyməti ucuzlaşır? - AÇIQLAMA

Tokayev naziri vəzifəsindən AZAD ETDİ

Azərbaycan səfiri britaniyalı nazirlə görüşdü - FOTO

Cəlilabadda 42 nəfər cərimələndi

Bütün xəbərlər